Sialkot Universitetinin xazarda

Sialkot Universitetinin nümayəndələri “Xəzər”də

ElmTexno və İnnovasiyalar və Sahibkarlıq

2023-cü il noyabrın 16-da Xəzər Universitetində Pakistanın Sialkot Universitetinin nümayəndələri görüş keçirilmişdir.
Görüşdə Sialkot Universitetinin təsisçisi, Direktorlar Şurasının sədri Faisal Manzoor, universitetin əməkdaşları Rehan Younas, İrfan Maqsood, Xəzər Universitetinin rektoru İradə Xəlillova, Tədris işləri üzrə prorektor Məhəmməd Nuriyev, İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekan əvəzi Məhəmməd Eldarov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fatimə Vəliyeva, rektorun köməkçisi Humay Hüseynova və Nailəxanım təqaüdünün qaliblərindən olan pakistanlı tələbə Monireh Bahrami iştirak etmişlər.

Görüşdə hər iki universitetin rəhbərliyi universitetlər barədə qısa məlumat vermiş, gələcək əməkdaşlıq imkanlarını müzakirə etmişlər. Fatimə Vəliyeva tərəfindən universitet haqqında təqdimat nümayiş olunmuşdur.

Rektor İradə Xəlilova Xəzər Universitetinin Pakistan universitetləri ilə birgə professor-müəllim və tələbə mübadiləsi, layihələr, konfrans və seminarların təşkilində maraqlı olduğunu vurğulamışdır.

Sialkot Universitetinin 1

Hal-hazırda Xəzər universitetində təhsil alan pakistanlı tələbələr haqqında danışan prorektor Məhəmməd Nuriyev mövcud təqaüd imkanları haqqında məlumat vermişdir.

Universitetlər arasında müxtəlif yönlü əməkdaşlığın qurulması istiqamətində müzakirələrlə davam edən görüş rektorun qonaqlara Xəzər Universiteti adından hədiyyə təqdim etməsi ilə yekunlaşmışdır.

 

Bir cavab yazın