Pakistan adlı bir

Pakistan adlı bir ölkə üçün üç yuxu: Bu mənim hekayəmdir

Pakistanda turizm

Pakistan haqqında nə vaxt xəyal qurmağa başladığımı dəqiq xatırlamıram.

Özüm tarixçiyəm və sub-kontinentin tarixi hər zaman mənə maraqlı olub və olmaqdadır. Hər zaman çox axtarışlar edib oxudum. Lakin bir gün bir kitab mağazasına girdikdə “3 stəkan çay” adlı bir kitaba rastladım. Kitabda əsas hadisələr Pakistanın Gilgit-Baltistan əyalətində olan Hunza vadisində cərəyan etməklə oranın insanlarının həyatlarını əks etdirirdi. Bəlkə də məhz bu an özümə “Pakistan baş verməlidir” dediyim o həlledici an idi.

Təxminən 3 il olar ki, mən xəyal ölkəm olan Pakistana səfər planlayıram. Lakin bu hər dəfə maneələrlə rastlaşdı. İlk il gələ bilməməyimin səbəbi bir çox məlumatlı insanın “Pakistanın Bakıdakı səfirliyi turistik viza vermir. Bu, yalnız işgüzar trip olmalı və ya dəvətnamə ilə ola bilər” demələri oldu. Həmin vaxt Pakistanda heç bir dostum da olmadığından dəvətnamə ala bilmədim. İkinci il visa problemi ilə əlaqədar yenidən gəlməyim alınmadı. Lakin artıq bu vaxtdan etibarən Pakistanda dostlar qazanmağa və artıq bu gözəl ölkəni insanları vasitəsilə tanımağa başladım.

Nəhayətdə keçən il öyrəndim ki, Pakistan hökümətinin rəhbəri İmran Xanın təşəbbüsü ilə Azərbaycan vətəndaşları üçün viza rejimi sadələşdirmiş və onu artıq gəldikdə almaq olur. Bu, mənim üçün inanılmaz sevinc anı idi və artıq o andan etibarən geniş bir səfər proqrammı hazırlamağa başladım.

“Niyə Pakistan?”

Bu sualı çoxu mənə yönləndirir və hər şeydən öncə onlara tarixçi nöqteyi-nəzərdən cavab verirəm ki, niyə məhz Pakistana getməliyəm? və mən onlara cavab verdim, məndə Pakistan adlı bir ölkə üçün üç yuxu

  1. Hazırki Pakistan bir çox tarixi və qədim sivilizasiyaların beşiyidir. Bir tarixçi üçün Mohenco-Daro və Harappa sivilizasiyalarını görmək çox həyəcan verici bir hiss ola bilər. Eyni zamanda Ghandara sivilizasiyası da var ki, bunlar qədim dünyanın 10 top sivilizasiyası siyahısındadırlar.
  2. Sufizmlə qəlbi döyünən hər bir kəs sufizmin döyünən ürəyi olan Multan şəhəri haqqında məlumatlıdır ki, bu şəhər də Pakistandadır.
  3. Pakistan çox möcüzəvi və xəyal edilən yerlərin – Hunza vadili Gilgit-Baltistanın, Svat və Çitral vadilərinin vətənidir. Bunların hər biri möhtəşəm təbiətə malik olmaqla fərqli adət-ənənələrə malik xalqların yaşadıqları yerlərdir.

Mən bir çox səbəb gətirə bilərəm. Lakin bir nömrəli səbəb xəyal arzum Lahor şəhəridir.

  1. Tarixi təhsilim və Muğal imperiyası ilə bağlı araşdırmalarım müddətində bir şey bəlli idi ki, Lahor şəhərini ziyarət etmədən tam Muğal dövrünü öyrənmək qeyri-mümkün olacaq. Lahor səfərimin önündə olmalıdır.

Siz bir şəhərə getmədən onun adını eşitməklə ona aşiq olmaq duyğusunu yaşamsınızmı? Lahor mənim üçün elə bir şəhərdir. Lakin heç vaxt təsəvvür etməzdim ki, nə vaxtsa və çox sürəkli şəkildə Pakistanı, ələlxüsus Lahoru, onun Vəzir Xan və Badşah məscidlərini yuxumda görəcəm.

Sonuncu yuxumu 21 fevral , Cümə səhəri gördüm. Sayca 3-cü olan yuxum məni Badşah məscidinə, Lahorun işıqlı küçələrinə götürmüşdü və artıq anlamağa başladım ki, Pakistan və Lahor məni çağırır.

Artıq səfərimi həyata keçirəcəyim vaxta kimi günlərimi saymağa başlayıram. İnşaAllah bu il mən Pakistana səfər edəcəm, çünki Pakistanı, və xüsusilə Lahoru ziyarət etməklə yenidən doğulmaq istəyirəm.

 

——————–

onu izləyin @ https://www.instagram.com/irada_gadirova/

Bir cavab yazın