dostlar dəyişməz Pakistan-azerbaijan

Yeni nazir seçilsə də, əsl dostlar dəyişməz!

Milli Xəbərlər

Son aylar Pakistan üçün çox çətin olsa da, çox əhəmiyyətli hadisələrlə dolu olub. Belə ki, Şahbaz Şərif Pakistanın yeni Baş naziri seçilib.Ş.Şərif hökumət başçısı vəzifəsinə yeganə namizəd olub. Onun lehinə 174 deputat səs verib.

Şahbaz Şərif Baş nazir vəzifəsində İmran Xanı əvəzləyib. İmran Xanın partiyası isə seçkiləri boykot edib. Qeyd edək ki, Ş.Şərif ölkənin sabiq Baş nazir Nəvaz Şərifin qardaşıdır.

Onu da demək lazımdır ki, Pakistanda baş verən siyasi proseslər Azərbaycanda diqqətlə izlənilirdi. Kutləvi informasiya vasitələri Pakistan xəbər saytlarina istinad edərək Azərbaycan xalqina Pakistanda baş verən proseslərdən agəh olmağda yardım edirdi. Pakistan yeni bir tarix yazmağa hazırdir, yeni seçilən nazirə isə xalq inanır və dəstək göstərir, amma keçmiş nazir İmran xanın da tərəfdarları az deyil.

Xoşbəxt məqam odur ki, Pakistandan olan siyasi ekspertlərin dediklərinə əsasən, Pakistanin xarici siyasəti və dostları dəyişilməz olaraq qalır.

“Azərbaycanla, habelə Türkiyə ilə münasibətlərimizə gəlincə, artıq onillərdir bu münasibətlər “Üç qardaş” şüarı ilə qardaşlıq və mehribanlıq səciyyəsi daşıdığı üçün hökumət dəyişikliyi həmin ölkələrlə əməkdaşlıq əlaqələrimizə təsir etməz”, – bunu  Pakistanın Dayanıqlı İnkişaf Qlobal Strategiya İnstitutunun (GSISD) banisi və icraçı direktoru Qeysər Nəvvab deyib. Digər siyasi ekspretdə bu sözləri təsdiqləyib.

Gənc Diplomatiya Forumunun (Young Diplomacy Forum) banisi və baş direktoru Müsəvvər Həmid Tənoli deyib ki, “Pakistan-Azərbaycan münasibətləri bundan sonra da inkişaf edəcək.

Aramızda möhkəm tarixi tellər, xalqlarımızın təmasları unudulmamalıdır. Türkləri də, azərbaycanlıları da qardaş bilirik”.

Bu sözləri təsdiqləyəcək faktlar da var. Azərbaycan və Turkiyə prezidentləri yeni seçilmiş baş naziri təbrik ediblər, bu isə üç ölkə arasında dayanıqlı inkişafın, hörmətin və sıx əməkdaşlığın bariz nümünəsidir.

Azərbaycan Prezidenti İlham Əliyev öz təbrik məktubunda Şahbaz Şərifə yazır: “Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.Möhkəm dostluq və qardaşlıq, strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Pakistan əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın yeni Baş naziri Şahbaz Şərif arasında hətta telefon danışığı baş tutmuşdur.

Belə ki,o  Şahbaz Şərifi Pakistanın yeni Baş naziri seçilməsi münasibətilə təbrik edib.Seçki nəticələrinin dost və qardaş ölkənin xalqı üçün faydalı olmasını arzulayan Ərdoğan Türkiyənin köklü tarix, dostluq və qardaşlıq əlaqələrinin bağlı olduğu Pakistanda baş verənləri yaxından izlədiklərini, bütün çətinliklərə və maneələrə baxmayaraq, Pakistan xalqının üzləşdiyi, demokratiya və qanunun aliliyindən əl çəkmədiyini qeyd edib.Ərdoğan Türkiyənin indiyə qədər olduğu kimi bundan sonra da Pakistana hər cür dəstəyi verəcəyini vurğulayıb.

Deyilənlər və yazılanlar təsdiq edir ki, üç ölkə arasında olan münasibətlər daha da inkişaf edəcək. Yeni layihələr, görüşlər, sazişlər bölgədə əsl əməkdaşlığa nümunə olacaq.